Bərdədə həyat yoldaşının ölümü ilə nəticələnən qəzada təqsirləndirilən Nadir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az-a istinadən, məhkəmənin hökmü ilə N.Həsənov 5 il azadlıqdan məhrum edilib . O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
İttihama görə, hadisə bu il mayın 24-də Bərdənin Mehdixanlı kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi 66-BG-465 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili yol kənarındakı arxa aşırıb. Nəticədə maşında olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.
Məlumata görə, hadisə vaxtı M.Həsənov və həyat yoldaşı ilə birlikdə bacanağıgildə təşkil edilən məclisdən gəlirlərmiş. M.Həsənov məclisdə spirtli içki qəbul edəndən sonra öz avtomobili ilə hərəkətə başlayıb. O, rayonun Mehdixanlı kəndində idarəetməni itirib və avtomobil yolun kənarındakı su arxına düşüb.