Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Şençjen şəhərinin hava limanında unudulub.
Xarici KİV-ə istinadən, vəziyyətlə tanış mənbələrin məlumatına görə, təyyarə havaya qalxdıqdan sonra Peskovun göyərtədə olmadığı məlum olub.
Hazırda Peskov yenidən hotelə qayıdıb. Onun Rusiyaya dönmək üçün xüsusi təyyarənin gəlməsini gözlədiyi bildirilir.