Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var

Misli Premyer Liqasının XII turunda "Kəpəz" və "Qarabağ" komandaları arasında qarşılaşmaya start verilib.

"Report"a istinadən, Gəncə şəhər stadionunda təşkil olunan oyundan əvvəl rəmzi ilk zərbəni "Kəpəz"in sabiq futbolçusu Mehman Allahverdiyev yerinə yetirib.

Gəncə klubunun tarixində xüsusi yeri olan Allahverdiyev komandanın heyətində üç dəfə ölkə çempionluğunu, dörd dəfə isə Azərbaycan Kubokunu qazanıb.

Hazırda davam edən qarşılaşmaya azarkeş marağı böyükdür. Stadionda təxminən 16 min tamaşaçı var.

Matçda hələlik hesab açılmayıb.