Son bir həftədə Hörmüz boğazında və ətrafında azı 25 tanker hücuma məruz qalıb.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, noyabrın 12-dən 18-dək boğazdan keçən gəmilərin sayı əvvəlki həftə ilə müqayisədə 15 faiz azalaraq 263 olub. Neft tankerlərinin sayı isə 52-dən 37-yə düşüb.
Ekspertlər hücumların ABŞ-nin İrana qarşı dəniz blokadası fonunda regionda gərginliyi artırdığını bildirirlər.