Krım körpüsünün bərpası mərhələləri müəyyən edilib.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin Krım körpüsünün bərpası mərhələlərinin müəyyən edildiyini və işlərin gündəlik aparıldığını bildirib.
Onun sözlərinə görə, layihə üzrə dizaynerlər, podratçılar və material təchizatçıları bir araya gətirilib.
Xatırladaq ki, noyabrın 16, 17 və 19-da körpüyə hücumlar nəticəsində konstruksiyalara ziyan dəyib. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir. Körpü üzərindən dəmir yolu hərəkəti isə davam edir.