Azərbaycanda taksidən istifadə edənlərin sayı 10 faizə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük, 1 milyard 675 milyon 236,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon 416 min ton və ya 6,9 % və 177 milyon 929 min sərnişin və ya 11,9 % çoxdur.

Hesabat dövründə 1 milyard 538 milyon 560,1 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 166 milyon 71 min nəfər və ya 12,1 % çoxdur.

2026-ci ilin yanvar-oktyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 11 milyon 857,8 min nəfər və ya 9,5 % artaraq 136 milyon 676,5 min nəfər olub.

Bu ilin 10 ayında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 861 milyon 919,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168 milyon 277 min sərnişin və ya 9,9 % çoxdur.