“İçərişəhər” metrosunun girişində sıxlıq yaranıb

"İçərişəhər" metrostansiyasının girişində sərnişin sıxlığı yaranıb. Trend xəbər verir ki, sıxlıq səbəbindən sərnişinlər metroya daxil olmaqda çətinlik çəkirlər. Məlumata görə, stansiyanın üç giriş qapısından yalnız biri sərnişinlərin istifadəsi üçün açıqdır.