Emin Hüseynov: Ağdamda gələn ilin ilk yarısında əhali sayının 10 min nəfər artacağı gözlənilir

Ağdam şəhərində növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artacağı proqnozlaşdırılır.

Bunu 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəhbəri Emin Hüseynov deyib.

O, 20 noyabrı Ağdam üçün tarixi gün kimi dəyərləndirib:

“İşğaldan azad olunduqdan sonra Ağdamda ilk dəfə Şəhər Günü tədbirləri keçirilir. Hazırda Ağdam şəhərində 3 min, ümumilikdə rayonda isə 8300 nəfər məskunlaşıb. Artıq rayonun üç kəndi bərpa olunub, insanlar orada firavan yaşayırlar. Daha iki kəndin bərpa prosesi bitmək üzrədir. Ağdam şəhərində növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artacağı proqnozlaşdırılır”.