Millətlər Liqasında 1/4 finalın püşkü atıldı

Millətlər Liqasının 1/4 final mərhələsinin püşkü atılıb və nəticədə üz-üzə gələcək dörd cütlük müəyyənləşib.

Bu mərhələnin ən diqqətçəkən qarşılaşması İspaniya və Fransa arasında olacaq.

Püşkatmanın nəticələri:

İspaniya – Fransa;

Norveç – İngiltərə;

Niderland – Portuqaliya;

Belçika – Almaniya.

1/4 finalın ilk oyunları 25–27 mart tarixlərində, cavab qarşılaşmaları isə 28–30 mart tarixlərində keçiriləcək.

Püşkatmada birinci göstərilən komandalar öz cütlüklərindəki ilk oyunlara ev sahibliyi edəcəklər.