“Azerconnect Group”da gəlir təminatı üzrə bölmə rəhbəri vəzifəsinə təyinat olub.
Bu vəzifə İradə Mürşüdovaya həvalə edilib.
Qeyd edək ki, İ.Mürşüdova əmək fəaliyyətinə 2007-ci ildə “Bakcell” MMC-də başlayıb və 2017-ci ilə qədər sözügedən şirkətdə, 2017-ci ildən isə, “Azerconnect Group”da müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, "Azerconnect Group" NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətin Baş direktoru Emil Məsimovdur. (Plat)