Göyçayda ağır qəza - Ölən və yaralanan var

Göyçayda ağır yol qəzası baş verib.

Sfera.az bildirir ki, hadisə bu gün axşam saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb bir nəfər isə dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır./metbuat.az