Bu yolda hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektinin Koroğlu metrostansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur” deyə, məlumatda qeyd edilib.