UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasına dünyanın 74 ölkəsindən azarkeşlər bilet alıb.
Bu barədə Masazır təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Klubun paylaşımında bildirilib ki, 74 ölkədən azarkeşlər noyabrın 25-də keçiriləcək “Sabah” – “Barselona” matçına bilet alıblar.
Qarşılaşma saat 21:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.