Bakı, 20 noyabr, AZƏRTAC Somali hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirinə 72 saat ərzində ölkəni tərk etməyi tapşırıb, həmçinin öz səfirini Əbu-Dabidən geri çağırıb.AZƏRTAC xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.Somalinin İnformasiya naziri Əbdülfətah Qasim Məhəmməd qərarı Moqadişuda keçirilən mətbuat konfransında açıqlayıb. O, BƏƏ-ni ölkənin daxili işlərinə müdaxilədə və “açıq işğal” həyata keçirməkdə ittiham edib.BƏƏ Xarici İşlər Nazirliyi isə Somali hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib.Qeyd edək ki, iki ölkə arasında münasibətlər, xüsusilə BƏƏ-nin Somaliland bölgəsinə dəstəyi və Somali limanları ilə bağlı əməkdaşlığı səbəbindən son dövrlərdə gərginləşib.