Zelenski: “Ukraynada ABŞ hərbi bazalarının yerləşdirilməsinə şad olardıq”

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları ilə bağlı Kiyevin ABŞ və Avropa tərəfdaşları ilə apardığı müzakirələrə münasibət bildirib.

Zelenski bu təminatların mexanizmi, eləcə də Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsini nəzərdə tutub-tutmayacağı ilə bağlı hələ ümumi anlaşmanın olmadığını deyib.

“Ukraynada ABŞ hərbi bazalarının yerləşdirilməsinə şad olardıq”, – Zelenski bildirib.