Pakistanda sərnişin avtobusu ilə yanacaq daşıyan tanker toqquşub. Qəza nəticəsində 10 nəfər həyatını itirib.
Bu barədə “Samaa TV” məlumat yayıb.
Hadisə Qvadar şəhəri yaxınlığında baş verib. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb.
Xilasedicilər dağıntılar altından 27 nəfəri çıxararaq xəstəxanaya çatdırıblar.