Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.
Bu barədə Böyük Britaniya höküməti məlumat yayıb.
Bildirilib ki, yardım paketinə 1000-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 1000 kilometrdən artıq məsafə qət etmək və ağır döyüş başlıqları daşımaq imkanına malikdir.
Böyük Britaniyanın Baş naziri Endi Börnham noyabrın 19-da Berlində keçiriləcək “Könüllülər koalisiyası”nın Ukraynaya dəstək üzrə görüşündə yeni yardım paketini elan edəcək.
Britaniya hökumətinin məlumatına görə, bu PUA-lar Ukraynaya cəbhə xəttindən uzaqda yerləşən Rusiya hərbi istehsal müəssisələrinə və digər hərbi hədəflərə zərbələr endirməyə imkan verəcək.