Putin Trampın Ukrayna münaqişəsinin həllində səmimi olduğuna əmindir

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın mövqeyindəki qeyri-ardıcıllığı ölkənin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqələndirib.

Bu barədə Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya prezidenti qeyd edib ki, ABŞ-da daxili siyasi vəziyyət mürəkkəbdir və siyasi güc balansını qorumaq üçün bir çox əks çəkilər və alətlər mövcuddur.

Putin həmçinin prezident Donald Trampın Ukrayna münaqişəsinin həllinə və Rusiya ilə ABŞ arasında münasibətlərin bərpasına səmimi şəkildə sadiq olduğuna əminliyini ifadə edib.

Rusiya dövlət başçısı bildirib ki, o və Trampın sivilizasiya dəyərlərinə dair oxşar baxışları və yanaşmaları var.