İspaniyanın "Real" klubu futbolçusu Orelyen Çuameni ilə sözləşməni yeniləmək barədə razılığa gəlib.
Madrid təmsilçisinin rəsmi saytına istinadən, yeni anlaşma 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.
O.Çuameni 2022-ci ildə "Real"a transfer olunub. O, komandanın formasını geyindiyi 5 mövsüm ərzində 205 matçda meydana çıxıb və ümumilikdə 8 titul qazanıb. Futbolçu "Kral klubu"nun heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, 2 dəfə UEFA Superkubokunun, 1dəfə İspaniya La Liqasının, 1 dəfə İspaniya Kubokunun və 1 dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Fransa millisinin üzvü olan futbolçu indiyədək yığmada 50 görüş keçirib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.