Rusiya, Çin və ABŞ arasında keçirilən üçtərəfli görüşün yekununda birgə bəyanat qəbul edilib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Bəyanata əsasən, üç ölkənin liderləri strateji sabitliyi və beynəlxalq təhlükəsizliyi qorumağa sadiqdirlər.
Onlar enerji təhlükəsizliyini müzakirə etdiklərini, emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırdıqlarını əlavə ediblər.
Həmçinin liderlər nüvə silahının yayılmasının qarşısını almaq üçün dialoqun davam etməsi barədə də razılığa gəliblər.