“HERMES Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziya verilib.
Bununla bağlı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, Mərkəzi Bankın İdarə Heyəti Qərar verib.
Bu lisenziya şirkətə kreditlərin verilməsi, habelə Qanunda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verir.