Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış neftçi-alim, mühəndis, ictimai xadim və şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimat mərasimi keçirilib.Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli neft mövzusunun Azərbaycan ədəbiyyatında və incəsənətində tutduğu xüsusi yerdən, neftçilərin fədakar əməyinin bədii sözə gətirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, neft Azərbaycan tarixinin, iqtisadiyyatının və ictimai həyatının mühüm amillərindən biri olmaqla yanaşı, milli ədəbiyyatımızda özünəməxsus mövzuya çevrilib. AMEA rəhbəri qeyd edib ki, Nazim Aslanın yaradıcılığında insan, Vətən, sevgi və həyat kimi ümumbəşəri mövzuların özünəməxsus poetik ifadəsi şairin sənət dünyasının zənginliyini müəyyənləşdirir. Onun həyat yolu Azərbaycan neft sənayesinin inkişafı ilə sıx bağlıdır. Uzun illər ərzində neft sənayesində çalışması, elmi fəaliyyətlə məşğul olması və bu sahədə qazandığı nailiyyətlər onun peşəkar mühəndis kimi nüfuzunu təsdiqləyir. Bununla yanaşı, həssas poetik düşüncəyə malik olması şairin şəxsiyyətinin digər mühüm tərəfini üzə çıxarır. Akademik İsa Həbibbəyli çıxışında Nazim Aslanın Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələri, beynəlxalq elmi əlaqələri və müxtəlif mükafatlara layiq görülməsini şairin peşəkar fəaliyyətinin əhəmiyyətini göstərən amillər kimi dəyərləndirib. O, Nazim Aslanın “Bir sevginin taleyi” kitabının oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib. Sonra Nazim Aslanın “Yeddi qapı” poeması əsasında fonepoetik kompozisiya təqdim olunub. Daha sonra AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Nazim Aslan: ömrün poeziyası və ya poeziyanın ömrü” adlı məruzə ilə çıxış edib. Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Poeziya şöbəsinin rəhbəri, Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru İbrahim İlyaslı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Mətanət Abbasova, AYB-nin üzvü, şair-publisist, araşdırmaçı Mikayıl Bozal, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov, Azərbaycan Aşıqlar Birliyinin üzvü Eldar Ələsgəroğlu (Tağıyev), AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Aytən Əliyeva çıxış ediblər. Çıxışlarda Nazim Aslanın çoxşaxəli fəaliyyətindən, neft sənayesinin inkişafına verdiyi töhfələrdən və elmi nailiyyətlərindən bəhs olunub. Bildirilib ki, “Bir sevginin taleyi” kitabı müəllifin poetik düşüncələrinin, zəngin mənəvi dünyasının və həyata həssas münasibətinin ifadəsi olmaqla oxucuları duyğular, xatirələr və düşüncələr aləminə aparır.
Bu gün
3732 xəbər bu gün
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir.
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Müdafiə…
Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm…
Antonio Adan peşəkar futbolçu həyatı ilə bağlı qərar verib. Ispaniyalı qapıçı 39 yaşında karyerasını başa vurub. “Real”ın və “Atletiko”nun formasındakı çıxışıyla tanınan futbolçu bu barədə sosial şəbəkə hesablarında…
Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə təcili yardım maşınları ilə bağlı maraqlı göstəriş verilib. Bu barədə Mia.az-a verilən məlumata görə, tapşırığa əsasən, təcili yardım…
Onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Bunu Mətbuat Şurası (MŞ) İdarə…
“Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı müraciətdə qeyd…
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlaması gündəmdəki mühüm…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir. Bu gün Bakıdan İstanbula uçan AZAL təyyarəsində “Rəşadət” ordenli Aydan Rəhimli ilə qarşılaşmaq mənə unudulmaz anlar…
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ASCO tərəfindən hesabat dövrü üzrə həyata keçirilən layihələrin icra vəziyyəti…
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Sfera.az -a Bakı Metropolitenindən bildirlib. Qeyd edilib ki, bu səbəbdən hərəkət…
Noyabrın 21-22-də bəzi bürclər üçün sevgi, iş və maliyyə məsələlərində maraqlı yeniliklər gözlənilir. Şənbə günü aktivlik, yeni tanışlıqlar və təşəbbüslər ön plana çıxacaq. Bazar günü isə istirahətə, ailəyə və şəxsi…
В порту начался пожар.
Отец 23-летней Гюлары Мехдиевой, убитой 16 ноября в своем доме в Бинагадинском районе Баку, рассказал о психологических проблемах своего 16-летнего сына Айхана Мехдиева, которого обвиняют...
В бакинском метро произошёл технический сбой, вызвавший задержки поездов на Красной линии. Как сообщили в ЗАО «Бакметрополитен», кратковременная техническая неисправность возникла в устройстве регулирования движения...
Посол Республики Корея в Азербайджане Кимгу Кан заявил, что вскоре завершит дипломатическую карьеру. Как передает Day.Az со ссылкой на Trend, об этом он сказал на мероприятии, посвященном Дню основания Республики Корея…
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hücuma başlamaq imkanını nəzərdən keçirirlər. Bu barədə CBS News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
В рамках мероприятий по расширению возможностей морского бурения и наращиванию потенциала добычи Производственное объединение (ПО) "Азнефть" Государственной нефтяной компании Азербайджана (SOCAR) приобрело в Китае четыре…
Республика Корея и Азербайджан продолжают развивать сотрудничество в сферах энергетики, образования, здравоохранения и сельского хозяйства. Как передает Day.Az со ссылкой на Trend, об этом заявил посол Республики Корея в…
Руководитель рабочей группы Милли Меджлиса Азербайджана по межпарламентским связям с Италией Азер Керимли и депутат Тахир Миркишили 23 ноября посетят столицу Италии Рим. Об этом Day.Az сообщили в отделе по связям с…
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan yubanmaların səbəbi açıqlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, Qırmızı xətdə…
Dominik de Vilpen
Vanadzor şəhərində
"Azəriqaz" İB baş direktoru
Bakı Metropoliteni
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.Bu barədə Metbuat.az-a Bakı Metropolitenindən bildirlib.Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini…
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, regional və beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırmağı planlaşdırır. Bu məsələlər iki ölkə arasında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Koreya dekabr ayında Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində "ağıllı istixana" layihəsini dəstəkləməyi planlaşdırır. Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kımqu ölkəsinin Dövlət Yaranma Günü və…