2027-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər.
Bu barədə jurnalistlərə BP-nin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
"Biz bunun üzərində işləyirik. Bu il bu sərbəst (qeyri-assosiasiya olunmuş) qazın (NAG) hasilatına iyunun 1-də başlanılıb. Hazırda həcmlərin planlaşdırılan göstəricilərə çatdırılması istiqamətində artım gedir", - deyə Aslanbəyli qeyd edib.
AÇG blokunda dərin qatlarda yerləşən sərbəst qaz (NAG) ehtiyatları 110 milyard kubmetr həcmində qiymətləndirilir və bunun 70 milyard kubmetrdən çoxu çıxarıla bilən ehtiyatlardır.