Ukraynaya xarici qoşun göndərilməsi qəbuledilməzdir - Putin

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hər hansı xarici qoşunun göndərilməsinin Moskva üçün qəbuledilməz olduğunu bildirib.

Putin Avropa İttifaqının dəfələrlə Ukraynaya qoşun göndərəcəyini vəd etdiyini deyib. Onun sözlərinə görə, Kiyevlə Aİ arasında istənilən formada hərbi əməkdaşlıq Rusiya üçün problem yaradır.

Putin Ukraynanın Avropa İttifaqı ilə iqtisadi inteqrasiyasını tərəflərin öz işi adlandırıb. O əlavə edib ki, Avropa xalqları Ukraynanı “dolandırmaq” istəyirlərsə, bu, onların öz seçimidir.