Türkiyədə ikisi şəhər olmaqla, ümumilikdə yeddi bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-yə qoşulan Antalya bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Büşra Özdəmir, Demre bələdiyyə sədri Fahri Duran, Tekirdağ bələdiyyəsinin sədri Candan Yüceer, Korkuteli bələdiyyə sədri Saniye Carana və digərlərinə partiya nişanlarını təqdim edib.