Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışına cəlb olunublar

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri təlim-məşq toplanışına cəlb olunublar.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Hazırlıq prosesi Yardımlıda təşkil olunur.

Yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Cəlil Abdullayevin rəhbərliyi ilə keçirilən toplanışda idmançıların taktiki-texniki bacarıqlarının təkmilləşdirilməsinə, döyüş taktikasının və yarış hazırlığının artırılmasına xüsusi diqqət yetirilir.

Təlim-məşq toplanışı ayın 21-də yekunlaşacaq.