Aktyor Elcan Rəsulov kövrək anları ilə diqqət çəkib.
"Zarafat bir yana" şousuna qonaq olan aktyor atasının onun qucağında dünyasını dəyişdiyini bildirib.
Elcan bu barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:
"Atam öz qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı var idi. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm".
Ətraflı videoda: