2026-cı ilin oktyabr ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 887 312 nəfər təşkil edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.
Məlumata əsasən, sosial ödəniş alanların 479 386 nəfəri aylıq sosial müavinət, 407 926 nəfəri isə təqaüd alanlar olub.
Beləliklə, ümumi sosial ödəniş alanların 54%-ni aylıq sosial müavinət, 46%-ni isə təqaüd alanlar təşkil edib.