ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatdı - YENİLƏNİB

Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatıb.

Görüş təxminən bir saat yarım davam edib.

Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Şençjendə keçirilən ilk üçtərəfli danışıqların açıq hissəsi 10 dəqiqədən çox davam edib.

Bu barədə TASS məlumat yayıb.

Şençjen şəhərində Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.

Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) çərçivəsində keçirilir.

Rusiya, ABŞ və Çin liderləri tarixdə ilk dəfədir görüşür.

Sammitdən əvvəl üç ölkənin liderləri arasında ikitərəfli görüşlər baş tutub.