Seneqal sahillərində Avropaya gedən miqrantların olduğu qayığın qəzaya uğramasından sonra onlarla insan itkin düşmüş hesab olunur.
"Reuters"ə istinadən, bu barədə yerli "İnsan haqları və dostluq naminə fəaliyyət" qeyri-hökumət təşkilatının prezidenti Adama Mbenge bildirib.
Onun sözlərinə görə, sağ qalanlardan biri qayıqda 50-yə yaxın insanın olduğunu bildirib.
Hadisə ölkənin paytaxtı Dakardan cənubda, Yenne sahillərində baş verib.
"Radio France Internationale"nin məlumatına görə, qəza nəticəsində ən azı 1 nəfər ölüb.
BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirib ki, noyabrın ilk 12 günü Qərbi Afrika marşrutu ilə Kanar adalarına 8 200-ə yaxın miqrant gedib.
Təşkilat, həmçinin qeyd edib ki, 2026-cı ildə bu marşrutda 600-ə yaxın insan həlak olub və ya itkin düşüb. Müqayisə üçün - 2025-ci il ərzində belə halların sayı təxminən 1 200 təşkil edib.