İspaniyadan Azərbaycana idxal edilən 293 kiloqram 400 qr dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan nümunələr götürülərək laborator müayinələr aparılıb.
Sınaqlar nəticəsində məhsul partiyasında kif və maya göbələkləri üzrə uyğunsuzluq müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsulun istehsal tarixi 24 iyul 2026-cı il, son istifadə tarixi isə 31 iyul 2028-ci il olub.
İstehlaka yararsız hesab edilən məhsul partiyasının ölkənin gömrük ərazisindən kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub.