Paytaxtın Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə yerləşən yerüstü piyada keçidinin lifti aylardır işləmir.
Vətəndaşların sözlərinə görə, liftin uzun müddətdir işləməməsi xüsusilə yaşlılar, fiziki məhdudiyyətli şəxslər, eləcə də azyaşlı uşaqları olan valideynlərin işlərin çətinləşdirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurum yaranmış problemdən xəbərdardır.
Qeyd olunub ki, aparılmış baxış zamanı liftin fəaliyyətinin bərpası üçün müvafiq ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
"Zəruri ehtiyat hissəsinin xaricdən sifarişi həyata keçirilir. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək", - deyə qurumdan bildirilib.