Minskdə Gürcüstan-Rusiya diplomatik dialoqu keçiriləcək

Bu gün Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçiriləcək.

Bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Qeyd edək ki, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsinə bu ilin oktyabrın 21-də təyin edilib.

Minsk görüşü Mixail Qaluzinin bərpa edilmiş dialoq çərçivəsində Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə ilk təması olacaq. Abaşidze-Karasin formatında danışıqların əvvəlki raundu 2025-ci ilin dekabrında baş tutub. Bundan sonra format faktiki olaraq bir ilə yaxın fəaliyyət göstərməyib.