ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Ukrayna münaqişəsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Berlinə səfər edəcəklər.
Bu barədə ABŞ liderinin kürəkəni Cared Kuşner sosial şəbəkə hesabında məlumat verib.
“Stiv Uitkoffla birlikdə Ukrayna Prezidenti (Volodimir) Zelenski və Avropa liderləri ilə “könüllülər koalisiyası”nın görüşü çərçivəsində məsləhətləşmələr aparmaq üçün Berlinə yola düşürük”,- deyə paylaşımda bildirilib.
ABŞ nümayəndələrinin danışıqlarda əsas prioritetləri Ukrayna və Avropa ilə sıx koordinasiyanın gücləndirilməsi, gələcək sülhün əsas elementləri üzrə vahid mövqenin formalaşdırılması, eləcə də danışıqların növbəti mərhələsi üçün gündəliyin və formatın birgə hazırlanması olacaq.