Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan vəzifəsindən azad edilməsi ilə bağlı siyasi qərar qəbul edildiyini təsdiqləyib və ilin sonuna qədər vətəninə qayıdacağını bildirib.
Arsenyan bu barədə “Hraparak” qəzetinə verdiyi müsahibədə bildirib.
"Mən Moskvadayam. Prezident fərman verəndə qayıdacağam. İki illik səlahiyyət müddətim başa çatdı. Mən iki il müddətinə təyin olunmuşdum və indi müddəti bitib", - deyə o bildirib.
Fərmanın nə vaxt gözlənildiyi və Rusiya tərəfinin gələcək səfirin namizədliyi ilə bağlı narazı olduğu bildirildikdə, Arsenyan deyib:
"Nə vaxt olacağını bilmirəm. Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayın. Sizə deyə bilərəm ki, mənim varisim barədə dərin yanılırsınız".
Diplomat əlavə edib ki, o, həmişə Ermənistan-Rusiya münasibətlərinə konstruktiv münasibət bəsləyib.
"İstənilən səfir öz fəaliyyətini istənilən ölkəyə qarşı konstruktiv mövqedən həyata keçirməlidir. Bu, bizim konstitusiya borcumuzdur, işimiz konstruktiv münasibətlərin qurulmasına yönəlib", - deyə səfir bildirib.
"Hraparak" qəzeti əvvəllər Ermənistan hakimiyyətinin 2004-cü ildən 2010-cu ilə qədər Avropa ölkələrində səfir və respublikanın NATO-dakı nümayəndəsi vəzifələrində çalışmış 67 yaşlı Samvel Mkrtçyanı Moskvaya göndərmək qərarına gəldiyini bildirmişdi . O, xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın dayısıdır.