Lima, 19 noyabr, AZƏRTAC Azərbaycan Peru Respublikasının Konqresində keçirilən “Təqaüdlər və akademik imkanlar üzrə beynəlxalq sərgi”də təmsil olunub. Müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin və təhsil qurumlarının iştirak etdiyi tədbir beynəlxalq akademik əməkdaşlığın və tələbə mübadiləsinin təşviqinə həsr olunub. AZƏRTAC xəbər verir ki, sərgidə qurulan Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub. Burada ölkəmizin ali təhsil imkanları, nüfuzlu universitetləri, beynəlxalq tələbələr üçün yaradılmış şərait və dövlət təqaüd proqramları barədə ətraflı məlumat təqdim edilib. Xüsusilə Prezident İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı diqqətə çatdırılıb. Azərbaycan universitetlərində təhsil almaq istəyən perulu gənclərin sualları cavablandırılıb, təqaüd proqramının imkanları, müraciət qaydaları və iştirak şərtləri izah olunub. Sərgi iştirakçılarına ölkəmizin təhsil sistemi, tarixi və mədəni irsi haqqında məlumatlandırıcı materiallar da paylanılıb. Azərbaycanın sərgidə iştirakı ölkəmizin Peru ictimaiyyətində tanıdılması, iki ölkə arasında təhsil və humanitar əməkdaşlığın genişləndirilməsi, gənclər arasında akademik əlaqələrin və mədəni mübadilənin təşviqi baxımından əhəmiyyətli olub. Sərginin açılışında Peru Senatının ikinci vitse-prezidenti Nilsa Çakon Truxillo, Konqresin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Maribel Giraldo, Konqresin İxtisaslaşmış Xidmətlər üzrə Baş İdarəsinin direktoru Nelli Qonzales Figerola, Ali Universitet Təhsilinin Milli Nəzarət Orqanının rəhbəri Visente Espinoza və Milli Təqaüd və Təhsil Kreditləri Proqramının icraçı direktoru Diana Karolina Qonzales Delqado çıxış ediblər. Çıxışlarda xarici ölkələrin təqaüd proqramlarının perulu gənclər üçün yaratdığı imkanlar, akademik mübadilə və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Bu gün
1809 xəbər bu gün
Brest, Qrodno və Minsk şəhərlərində keçirilən seminarların hər birinə turizm agentlikləri, turoperatorlar və digər turizm sənayesi nümayəndələri olmaqla 40 nümayəndə qatılıb. Ümumilikdə tədbirlərdə Belarusun turizm…
20 noyabr tarixində saat 00:00-dan 06:00-dək paytaxtın Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan...
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə keçirilən üçtərəfli görüşdə Putinə müraciət edərək onun yanında olmağın özü üçün böyük şərəf olduğunu bildirib. Bu barədə xarici KİV…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş zamanı dialoqun və danışıqların vacibliyini vurğulayıb. Bu barədə xarici KİV yazıb. “Heç bir problem dialoqdan imtina…
FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və onun qardaşı Coşua Kuşnerlə Dünya Kubokunun kommersiya hüquqlarının 20 milyard dollara satılması ilə bağlı 10 ay ərzində gizli…
"Reklamların çoxu, təəssüf ki, xarici dildədir". Bunu Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə…
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib. Lent.az-a istinadən, o, hadisəni təsdiqləyərək bu sözləri deyib: “İnformasiyanı…
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya işgüzar səfər edəcək. Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında bildirib. “İlkin razılaşmaya əsasən, dekabrın 3-də Moskvaya işgüzar səfər edəcəyəm…
İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib…
Çində keçirilən üçtərəfli görüşdən əvvəl ABŞ, Çin və Rusiya liderləri əvvəlcə öz ölkələrinin bayraqları qarşısında ənənəvi protokol fotosu üçün bir araya gəliblər. Liderlər görüşə əl sıxmadan başlayıblar. Foto çəkilişi…
Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin prezidentləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş başlayıb. Üç ölkənin lideri ilk dəfə bu formatda danışıqlar aparır...
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən…
Главная тема переговоров Путина, Трампа и Си Цзиньпина — поддержание мира во всем мире и содействие стратегической стабильности в отношениях крупнейших держав.
Президент США Дональд Трамп заявил, что Вашингтон не допустит появления ядерного оружия у Ирана. Об этом он сообщил в ходе трехсторонней встречи с президентом России...
Türkiyənin məşhur müğənnisi Yusuf Güney hakim qarşısına çıxıb. Türkiyə mediasına istinadən, sənətçi narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunur. İstanbul Məhkəməsində keçirilən prosesdə…
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib. O bildirib ki, xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək, qəbul edərsə, növbəti seçkilərdə…
Председатель Милли Меджлиса Азербайджана Сахиба Гафарова в рамках рабочего визита в Туркменистан встретилась с председателем Меджлиса этой страны Дуньягозель Гулмановой.
В управлении прибрежными территориями Каспийского моря будет внедрен новый механизм координации, предусматривающий зонирование территорий и цифровизацию управленческих процессов.
Cəmil Fəllahi
Donald Tramp
Ədliyyə Nazirliyi
Katib