Qazaxda ağır qəza: 4 ölü, bir yaralı var - YENİLƏNİB

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.