Bakı, 18 noyabr, AZƏRTAC Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.AZƏRTAC xəbər verir ki, G qrupunun VII turunda Slovakiyanın “Prievidza” klubu ilə qarşılaşıb.Bakı İdman Sarayında baş tutan görüş Slovakiya təmsilçisinin 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, səkkiz oyunda yalnız bir qələbə əldə edən “LANDAU Lions” 8 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.