Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinin Vışqorod rayonuna endirdiyi zərbə nəticəsində dörd nəfər yaralanıb. Yaralılar arasında uşaq da var.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hücum nəticəsində iki yaşayış evi dağılıb. Ərazidə baş verən yanğınlar söndürülüb.
Hazırda hadisə yerində qəza-xilasetmə işləri davam etdirilir.