Qazaxdakı qəzada ölən və xəsarət alanların kimliyi bilindi

Qazaxda baş verən ağır yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Sənan Dəgahquliyev (1994), onun övladı G.Dərgahquliyeva və bacısı oğlu M. Mehdili (2018) vəfat edib.

Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu