Ağız qəza baş verdi - 2 uşaq vəfat etdi - YENİLƏNİB

Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.

Qazaxda "Opel" və "Tofaş" markalı iki minik avtomobilinin toqquşması zaman ölənlərin adları məlum olub.

Hadisə yerində ölənlər rayonun Kəmərli kənd sakinləri 2018-ci il təvəllüdlü M. Mehtili, 2018-ci il təvəllüdlü G. Dəryahquluyeva və 1989-cu il təvəllüdlü S. Dəryahquluyevdir.

“Opel” markalı avtomobilin sürücüsü İ. Müsədirov və “Tofaş” markalı avtomobilin sərnişini 1996-cı il təvəllüdlü T. Dəryahquluyeva isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq İ. Müsədirovu xışla etmək mümkün olmayıb. T. Dəryahquluyevanın isə vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Məlumata görə, "Tofaş" və "Opel" avtomobillərinin toqquşması zamanı 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı ölən şəxslər 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun yazyaşlı oğlu və azyaşlı bacısı oğludur.

Faktla bağlı araşdırma başlanılıb.