Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.