Bərdə rayonunda avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən ölüb, Report xəbər agentliyi bildirib.
Hadisə Bərdə–Yevlax avtomobil yolunun Saatlı kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, qadın sürücü avtomobillə yolu keçən 1994-cü il təvəllüdlü, Qarağacı kənd sakini Fərid Qasımovu vurub. Yaralı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma başlanılıb