Rusiyada Rövşən Əsgərovun işi qiyabi qaydada araşdırılacaq

Moskvadakı İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə zaman?” televiziya intellektual oyununun keçmiş iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.

Bu barədə xarici KİV yazıb.

O, “nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətin qızışdırılmasında və terror xarakterli digər cinayətlərdə” ittiham olunur.

Məhkəmənin mətbuat xidmətindən TASS-a bildirilib ki, iş materialları məhkəməyə daxil olub, lakin iclasın tarixi hələ təyin edilməyib.