Siyəzəndə yol qəzasında xəsarət alan şəxs ölüb

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xanqulu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Mehrac Bayramovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Xanqulu Ağayev xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.