Bakı, 19 noyabr, AZƏRTAC Pekin praktiki əməkdaşlığı dəstəkləmək üçün 20 milyon dollar vəsait ayırmaq niyyətindədir.AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Şencen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısının plenar iclasında bəyan edib.“Çin Asiya-Sakit Okean regionu ilə sıx bağlıdır və bu regionda əməkdaşlığı dəstəkləməyə davam edəcək. Çin praktiki əməkdaşlığın dəstəklənməsi üçün 20 milyon dollar ayıracaq”, – deyə Si Cinpin vurğulayıb.