Astana, 16 noyabr, AZƏRTAC 2026-cı ilin yanvar-sentyabr aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306,1 milyon dollar təşkil edib.AZƏRTAC Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana ixracın həcmi 265,9 milyon dollar, Azərbaycandan ixracın həcmi isə 40,2 milyon dollar olub.Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşüb. Ölkəmizin Qazaxıstanın ixracında payı 0,4 faiz təşkil edib.2026-cı ilin ilk doqquz ayında Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsi 116,8 milyard dollar təşkil edib. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana