Bakı, 16 noyabr, AZƏRTACRusiyalı tennisçi Mirra Andreyeva Qadın Tennisçilər Assosiasiyasının (WTA) mövsümün yekun turniri olan “WTA Finals”ın qalibi kimi “Mercedes-AMG SL” avtomobilinə sahib çıxıb. Maraqlıdır ki, 19 yaşlı idmançının hələ sürücülük vəsiqəsi yoxdur.AZƏRTAC xəbər verir ki, Andreyeva final qarşılaşmasında ukraynalı Elina Svitolinanı məğlub edərək turnirin qalibi olub. O, yarış ərzində rəqiblərinə bir set belə verməyib.Beləliklə, rusiyalı tennisçi 2003-cü ildən qrup mərhələsi formatında keçirilən “WTA Finals” turnirində set itirmədən çempion olan üçüncü idmançı kimi tarixə düşüb. Daha əvvəl bu uğura 2012-ci ildə Serena Uilyams, 2023-cü ildə isə İqa Şvyontek imza atıb.Çempionluq Andreyevaya 1500 reytinq xalı, 3,37 milyon ABŞ dolları mükafat və xüsusi dizayn edilmiş “Mercedes-AMG SL” avtomobili qazandırıb.Lakin tennisçi yeni avtomobilini idarə edə bilmək üçün əvvəlcə sürücülük vəsiqəsi almalıdır.O, məsələ ilə bağlı açıqlamasında avtomobil idarə etməyi bacardığını, sadəcə sürücülük vəsiqəsi almaq üçün vaxtı olmadığını deyib: “Düzünü desəm, hələ də sürücülük vəsiqəm yoxdur. Amma sizi A nöqtəsindən B nöqtəsinə çatdıra biləcəyimə yüz faiz əminəm. Bunun necə baş verəcəyi və nə qədər vaxt aparacağı vacib deyil, amma sizi mənzil başına çatdıracağam.Avtomobil idarə etməyi bacarıram, məşq etmişəm və bu barədə tamamilə məlumatsız deyiləm. Sadəcə sürücülük vəsiqəsi almaq üçün vaxt tapmalıyam. Düşünürəm ki, yolda çətinlik çəkmərəm”.Qeyd edək ki, “Mercedes-AMG SL” avtomobili “WTA Finals” turnirinin qalibi üçün xüsusi olaraq hazırlanıb. Avtomobil turnirin rəmzi bənövşəyi rəngi ilə dizayn edilib.