Bakı, 16 noyabr, AZƏRTAC 2026-cı ildə keçirilmiş məktəb direktorlarının işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müəyyən edilmiş tələblərə cavab verən 463 namizəd uğur qazanıb.Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.
Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb
Mənbə: azertag.az/xeber/mekteb_direktorlarinin_ise_qebulu_musabiqesinde_463_namized_ugur_qazanib-4511652