Bakı, 16 noyabr, AZƏRTAC “Avropa Siyasi Birliyi”nin 9-cu sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən görüş təkcə ikitərəfli dialoqun davam etdirilməsi baxımından deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi düzənin formalaşması kontekstində mühüm əhəmiyyət daşıyır.Bu barədə beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində ekspert, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl AZƏRTAC-a açıqlamasında danışıb.Onun sözlərinə görə, ilk növbədə, “Avropa Siyasi Birliyi”nin Azərbaycan üçün Avropa dövlətlərinin və institutlarının rəhbərləri ilə birbaşa təmas qurmağa imkan verən kifayət qədər mühüm diplomatik platforma olduğunu nəzərə almaq lazımdır. “Bu, Avropanın təhlükəsizliyi, enerji təminatı, nəqliyyat-logistika və iqtisadi qarşılıqlı bağlılığı baxımından Cənubi Qafqazın gələcəyinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi bir şəraitdə xüsusilə aktualdır. Bakı üçün bu cür formatlarda iştirak təkcə İrəvanla münasibətləri müzakirə etmək deyil, həm də regionda sülhə və əməkdaşlığa dair öz mövqeyini Avropa tərəfdaşlarına birbaşa çatdırmaq imkanı deməkdir”, - deyə ekspert bildirib.Agentliyin həmsöhbəti qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş və regionda yeni münasibətlər sisteminin formalaşdırılması təşəbbüsü ilə çıxış edən dövlət kimi sülh prosesinə yanaşması prinsipial əhəmiyyət daşıyır. O bildirib ki, Bakı davamlı sülhün suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınmasına, eləcə də tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtina etməsinə əsaslanmalı olduğunu ardıcıl şəkildə vurğulayır. Həmsöhbətin sözlərinə görə, məhz bu prinsiplər iki ölkə arasında münasibətlərin normallaşmasının təməlini təşkil etməlidir. “Bu baxımdan Dublində keçirilən görüşün praktiki əhəmiyyəti də var. Tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafını, iqtisadi və ticarət münasibətlərini, sərhədlərin delimitasiyasını, etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq tədbirləri, eləcə də enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. TRIPP layihəsinə, o cümlədən dəmir yolu və avtomobil infrastrukturlarının planlaşdırılmasına xüsusi diqqət yetirilib. Diqqətəlayiq haldır ki, artıq bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana və əks istiqamətdə 105 min ton yük daşınıb. Bu, sülh gündəliyinin tədricən konkret iqtisadi məzmun qazandığını göstərir”, - deyə T.İsmayıl vurğulayıb.Ekspert bildirib ki, Azərbaycanın Avropa istiqamətində diplomatik fəaliyyətinə yalnız Ermənistan-Azərbaycan münasibətləri prizmasından yanaşmaq olmaz. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, Avropa ilə Asiya arasında yeni nəqliyyat əlaqələrinin yaradılması məsələlərində mühüm tərəfdaşdır. Buna görə də Avropa dövlətləri Bakının Cənubi Qafqazla bağlı mövqeyini onun regional və beynəlxalq münasibətlər sistemindəki real rolunu nəzərə alaraq qiymətləndirməlidirlər. Regionda sülh təkcə Azərbaycan və Ermənistanın deyil, həm də Avropanın özünün strateji maraqlarına uyğundur.Professor vurğulayıb ki, diplomatik dialoqun aparılması özlüyündə mövcud məsələlərin yekun həlli demək deyil. Onun sözlərinə görə, əsas vəzifələrdən biri əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda başlanmış proses, sülh sazişinin mətninin paraflanması və sonrakı təmaslar nizamlanma üçün prinsipial baxımdan yeni zəmin yaradıb. Bununla belə, sülhün davamlı şəkildə möhkəmləndirilməsi üçün əvvəllər razılaşdırılmış prinsiplərə uyğun əlavə siyasi və hüquqi addımların atılması zəruridir.T.İsmayılın fikrincə, bu cür görüşlər Azərbaycanın Cənubi Qafqazın gələcəyinə dair müzakirələrdə iştirak etməklə yanaşı, regiondakı proseslərə dair beynəlxalq mövqeyə təsir göstərməsi baxımından da əhəmiyyətlidir. “Azərbaycan qarşıdurmanın davamında maraqlı olmadığını nümayiş etdirir və nəqliyyat, energetika, ticarət və iqtisadi əməkdaşlığa əsaslanan regional əməkdaşlıq modeli təklif edir. Cənubi Qafqazda davamlı sülh dövlətlərin suveren hüquqlarına hörmət və praktiki əməkdaşlıq əsasında qurulmalıdır. Avropalı tərəfdaşların Azərbaycanın mövqeyini, qanuni maraqlarını və regional təhlükəsizliyə verdiyi töhfəni obyektiv nəzərə almaları vacibdir”, - deyə professor bildirib. Müəllif - Leyla Muradzadə
Bu gün
4051 xəbər bu gün
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində Antalyada Efiopiyanın xarici işlər naziri, COP32-nin gələcək prezidenti Gedion Timothevosla görüşüb.
Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Президент Украины Владимир Зеленский попросил союзников передать Киеву ракеты-перехватчики для систем Patriot и IRIS-T из имеющихся запасов в обмен на новые боеприпасы, а также предоставить...
Пользователи Apple в разных странах столкнулись со сбоями в работе сервисов компании, включая Apple ID, iCloud и App Store. Об этом свидетельствуют данные сервиса Downdetector,...
Предлагается использовать светоотражающую краску для разметки на магистральных дорогах. Со ссылкой на Xəzər TV, с такой инициативой выступил депутат Мушфиг Джафаров. По его словам, на некоторых дорогах страны в ночное…
Müxalifət
Xalq artisti
ABŞ Senatı Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə minatəmizləmə proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Belə ki,…
İrəvandakı Göy məscidlə bağlı İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin son açıqlaması Tehranın Azərbaycanın mədəni irsinə münasibətini yenidən gündəmə gətirib. Əslində, bu məsələnin kökləri daha dərinə, Ermənistan…
ABŞ İranın cənubundakı Qeşm adasına hücum həyata keçirib.
Bir neçə il əvvəl MS - dağınıq skleroz diaqnozu qoyulan müğənni İntizar Məmmədzadə səhhətindən danışıb.
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.
Əməkdar artist Könül Kərimova 15 kiloqram arıqlayıb. Sənətçi bu barədə “Qonaqcanlı” proqramında qonaq olarkən söz açıb. O, sağlamlığı üçün arıqladığını bildirib: "Hazırda 15 kiloqram çəki atmışam. Amma hələ bir az da…
Ukrayna Krım körpüsünə qarşı əməliyyat zamanı Starlink və Starshield sistemlərindən istifadə etməyib. Kiyev raketlərin hədəfə yönəldilməsi üçün öz rabitə sistemini hazırlayıb. Bu barədə “The Times” nəşri məlumat yayıb…
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Malik Çaunu transfer etməyi hədəfləyir. Bu barədə “Sky Sport” məlumat yayıb. İngiltərə klubu 25 yaşlı almaniyalı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır. Bu fonda…
Moldova Prezidenti Maya Sandu Kişinyov üzərində Rusiya istehsalı olan pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasını əsas gətirərək Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq niyyətində olduğunu bildirib…
Xəbər verdiyimiz kimi, dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. “Qafqazinfo” saytına istinadən, həmin gənc Gülarə Mehdiyeva adlı xanım olub. O, rəssamlıq fəaliyyəti ilə…
“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2026-cı ilin martında “Orlando Siti” ilə müqavilə…
ABŞ Senatı Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə minatəmizləmə proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.
Lənkəranda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Kənd sakini, F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alaraq…
Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib. Putin Şençjen şəhərinə gəlib. (function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new…
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir. Hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur. Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində…
Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Украина стала самой загрязненной минами страной в мире, Евросоюз намерен выделить еще €15 млн на разминирование ее территории, сообщила глава европейской дипломатии Кая Каллас. По...
Уровень одобрения деятельности президента США Трампа сохраняется на отметке 32%, что близко к минимальному показателю за все время его пребывания у власти. Об этом сообщает Ipsos, со ссылкой на опубликованные результаты…
Kudo
Dövlət Xidmət
NATO üzvləri PURL ("Ukraynanın prioritet tələbləri siyahısı") təşəbbüsü çərçivəsində Ukrayna üçün Amerika silahlarının alınmasına 10 milyard dollardan çox vəsait yönəldiblər. Xarici mediaya istinadən, bunu alyansın baş…
Rusiya tərəfi Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı və yükdaşımaların artımı perspektivləri ilə bağlı qiymətləndirmələrini təqdim edib. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat…
Bakı, 17 noyabr, AZƏRTAC Görkəmli bəstəkar Gülarə Əliyevanın yaradıcılığı yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəni sərvəti və irsidir. O, Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən…
Salyan, 17 noyabr, AZƏRTAC Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Salyan rayonu Qırxçıraq kəndi ərazisindən…
İsrail Böyük Britaniyanın İordan çayının Qərb sahilində yəhudi yaşayış məskənlərinin inşasını dəstəkləyən təşkilatlara qarşı sanksiyaları ilə əlaqədar cavab tədbirləri görəcək. Yenicag.az “The times of Israel” nəşrinə…
ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. Bu barədə...
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.
“Nvidia” şirkətinin qurucusu Censen Huanq qalmaqallı istefasından sonra yenidən şirkətin baş direktoru vəzifəsinə qayıtmağa hazır olduğunu açıqlayıb. BBC-yə istinadən, Huanq bu barədə “X” hesabında paylaşım edib…
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişib. 26 yaşlı qazi Asim Muradxanov vəfat edib. O, ötən gecə Xaçmazın Yalama kəndində baş verən ağır qəzada dünyasını dəyişib.
Moldova Prezidenti Maya Sandu Kişinyov üzərində Rusiya istehsalı olan pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasını əsas gətirərək Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq niyyətində olduğunu bildirib.
Lənkəran rayonunda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A. evdə uzanmış vəziyyətdə…
ABŞ-də “Apple” şirkətinin bir sıra xidmətlərinin işində kütləvi nasazlıq qeydə alınıb. Istifadəçilər Apple Pay, iCloud və App Store xidmətlərindən istifadə zamanı problemlərlə üzləşdiklərini bildirirlər. Nasazlığın…
Azərbaycan 2024-cü ildə Bakıda “İqlim fəaliyyəti naminə su” mövzusunda COP29 Bəyannaməsini irəli sürərkən məqsədimiz aydın idi - beynəlxalq iqlim gündəliyində su resurslarına daha güclü və davamlı yer qazandırmaq. “Bakı…
“Nvidia” korporasiyasının keçmiş baş direktoru Censen Huanq şirkətin rəhbərliyinə qayıtmağa hazır olduğunu bildirib
Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub
ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin bir sıra xidmətlərinin fəaliyyətində dünya miqyasında texniki problemlər yaranıb